\"Formula 1\" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb.
Tərəflər 2025-ci ildə başa çatacaq sözləşmənin müddətini 2031-ci ilə qədər artırıblar.
Monako Qran-prisi gələn il mayın 23-25-i aralığında baş tutacaq.
Qeyd edək ki, 8 dəfə Qran-priyə ev sahibliyi edən Azərbaycanın \"Formula 1\" ilə müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.