RU

Ən çox istifadə edilən şifrələr açıqlandı -

"NordPass" şifrə meneceri dünyanın ən populyar şifrələrinin siyahısını açıqlayıb.Metbuat.az xəbər verir ki, nəticələr istifadəçilərin şifrə təhlükəsizliyinə ciddi yanaşmadığını göstərir. "123456" şifrəsi ikinci il ardıcıl olaraq ən çox istifadə edilən şifrə seçilib. Bu şifrə "NordPass"ın tərtib etdiyi siyahıda altı ildə beş dəfə birinci yeri tutub.Mütəxəssislər bildirir ki, sadə şifrələr haker tərəfindən cəmi 1 saniyədən də az müddətdə sındırıla bilir. İstifadəçilər arasında “Iloveyou” kimi sevgi ifadələrindən, “fuckyou” kimi sərt ifadələrə qədər fərqli şifrələr seçənlər var. Digərləri isə "pokemon", "naruto", "samsung" və "minecraft" kimi maraq dairələrinə əsaslanan sözləri şifrə kimi istifadə edir.Maraqlıdır ki, İngiltərədə "liverpool", Avstraliyada isə "lizottes" ən çox istifadə edilən şifrələr arasında yer alır. Finlandiya və Macarıstanda isə "şifrə" mənasına gələn "salasana" və "jelszo" kimi sözlər geniş yayılıb.Ən çox istifadə edilən 10 şifrə:
  1. 123456
  2. 123456789
  3. 12345678
  4. password
  5. qwerty123
  6. qwerty1
  7. 111111
  8. 12345
  9. secret
  10. 123123

"NordPass" istifadəçilərə təhlükəsizlik üçün kiçik-böyük hərf, rəqəm və xüsusi işarələrdən ibarət ən azı 10 simvolluq şifrələr seçməyi tövsiyə edir. Bu cür mürəkkəb şifrələr istifadəçi məlumatlarının təhlükəsizliyi üçün vacibdir.

Избранный
51
metbuat.az

1Источники