RU

Trampın qalib gələcəyini dedi, 85 milyon dollar mərci uddu

Fransa sakini ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi üçün mərc edərək 85 milyon dollardan çox qazana bilib.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Qeyd olunur ki, Theo təxəllüsü ilə mərc edən anonim oyunçu Polymarket bukmeker agentliyində dörd hesab açıb. O, platformada daha çox hesabının olduğunu etiraf edib, lakin təhlükəsizlik baxımından bunu gizlədib. Seçki kampaniyası zamanı və birbaşa səsvermə günündə o, bütün hesabları üzrə ümumi məbləği 70 milyon dollardan çox olan mərcləri yerləşdirməyi bacarıb.

“Mən kifayət qədər varlıyam və təhlillərimə arxayın idim”, -deyə o qəzetə deyib. Oyunçunun sözlərinə görə, o, yayda Tramp üçün mərc etməyə başlayıb. O, ABŞ-da sorğu məlumatlarını öyrənib və respublikaçının yüksək qələbə qazanacağı qənaətinə gəlib. Həmçinin “seçki mübarizəsinin dalana dirəndiyini” göstərən sorğu nəticələri də onu çəkindirməyib.

Eyni zamanda, oyunçunun şəxsiyyətini dəqiqləşdirə bilməyən nəşr onun Trampı dəstəkləyən hər hansı siyasi təşkilatla əlaqələrini istisna etməyib, lakin oyunçu əmin edib ki, o, yalnız “pul qazanmağa çalışır və seçkilərlə manipulyasiya etməyə çalışmır.

Избранный
56
azpost.info

1Источники