RU

Borrell Aİ-nin İsraillə dialoqunu dayandırmağı təklif edib

Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrell icma ölkələrinə İsraillə siyasi dialoqu dayandırmağı təklif edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Borrelin noyabrın 18-də Brüsseldə keçiriləcək görüşdən bir neçə gün əvvəl Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinə ünvanlanmış məktubuna istinadən məlumat yayıb.

Orada o, İsrailin hərbi əməliyyatları zamanı Qəzza zolağında mümkün insan haqları pozuntularından narahatlığını ifadə edib.

“İsrail hələ də bu narahatlıqlara adekvat reaksiya verməyib”, – deyə o vurğulayıb.

Siyasi dialoq mexanizmi Aİ ilə İsrail arasında ikitərəfli münasibətləri tənzimləyən sazişdə nəzərdə tutulub.

“Bu şərtləri nəzərə alaraq, mən Aİ-yə İsraillə siyasi dialoqu dayandırmaq üçün [ikitərəfli razılaşmanın] insan haqları bəndindən istifadə etmək təklifini irəli sürəcəyəm”, – Borrell yazıb.

Избранный
80
nocomment.az

1Источники