RU

Qazaxıstan və Belarus 600 milyon dollar dəyərində qarşılıqlı ticarət həyata keçirib



Qazaxıstan və Belarus arasında qarşılıqlı ticarətin həcmi bu ilin 8 ayı ərzində 600 milyon dollar təşkil edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

İki ölkənin cari ilin 9 ayında avtomobil daşımalarının həcmi 19 faiz artaraq 450,6 min tona çatıb.

Qeyd edək ki, Belarus tərəfindən Qazaxıstanın regionlarında ümumi dəyəri 200 milyon dollardan çox olan 11 birgə müəssisə fəaliyyətə başlayıb və 1,6 min iş yeri yaradılıb.

Mehman Mehdiyev
Избранный
14
newscenter.az

1Источники