RU

Rusiyadan İsraili şok edən addım – Bir anda sarsıldılar

Dünyanın ən qabaqcıl gizli döyüş təyyarəsi olan F-35-lər İsraili şoka salıb.

Yenisabah.az xəbər verir ki, İrana hücumda istifadə edilən təyyarələr hələ İraq üzərində olarkən Rusiyanın “naməlum” hava hücumundan müdafiə sistemi tərəfindən səmada kilidlənib.

ABŞ -da nəşr olunan müdafiə nəşri Warrior Maven-in İsrail hərbi mənbələrindən əldə etdiyi məlumata görə, İsrailin 25-26 oktyabrda İrana qarşı hava hücumları ilə bağlı şok həqiqət üzə çıxıb . Hücum qüvvələrinin əsas elementləri və ABŞ-ın 4-cü nəsil gizli döyüş təyyarəsi olaraq təyin olunan F-35-lər İraq üzərində uçarkən Rusiyanın İrana verdiyi hava hücumundan müdafiə radar sistemi tərəfindən görüntülənib. F-35-lər təkcə radara tutulmayıb, həm də hava məkanında qaldıqları müddətdə müdafiə sistemləri tərəfindən “izlənib və kilidlənib”. Mövcud vəziyyət həm də o deməkdir ki, F-35-lər sözügedən Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35-lərin İrana yaxınlaşmazdan əvvəl İraq üzərində olarkən radarlar tərəfindən aşkarlanması və hava hücumundan müdafiə sistemləri ilə kilidlənməsi İsrail pilotlarını şoka salıb. Əməliyyatın ardından İsrail Baş naziri Binyamin Netanyahunun, nazirlərin və İrana mümkün böyük hücum üçün nəzərdə tutulan komandanlıq səviyyəsinin son hadisə ilə bağlı strategiyalarının sarsıldığı gündəmə gətirilib. İsrail təhlükəsizlik mənbələrinin İsrail hava qüvvələrinin böyük bir hava hücumunda ciddi itkilərə səbəb ola biləcəyi qənaətinə gəldiyi də bildirilib.

Избранный
4
1
medianews.az

2Источники