İngiltərənin Mançester şəhərindən olan 2 yaşlı Çarlinin atası Pol Qorton evlərindəki "qorxulu oğlan" haqqında danışıb. Çəkilən görüntülər 4 milyondan çox baxış toplayıb və internetdə böyük səs-küyə səbəb olub. Video İnstaqramda yayımlanıb.
Sfera.az bildirir ki, ata Pol Qortonun sözlərinə görə, oğlu Çarli ilk dəfə deyil ki, evdə görünməyən “qonaqlar” haqqında danışır. Ailə köçməyi planlaşdırır.
Videoda atası ilə divanda oturan oğlan israrla gözəgörünməz qonağa işarə edir, Pol isə boş otağı göstərmək üçün kameranı çevirir və oğlunu evdə tək olduqlarına inandırmağa çalışır. Bununla belə, Çarli oğlanın varlığında israr etməyə davam edir.
Qorton onu da qeyd etdi ki, bu, Çarlinin evdəki "qonaqlar" haqqında ilk dəfə danışması deyil.
"Keçən dəfə də o, bir yaşlı adam gördüyünü dedi. Ola bilsin ki, bu, uşağın atasıdır" - deyə Paul zarafatla qeyd edib.
Kişi əlavə edib ki, ailə fevralda köçməyə hazırlaşır: “Ümid edirəm ki, yeni evdə belə problem yaşamayacağıq”.
Qorton ailəsi Mançesterdə köhnə Viktoriya evində yaşayır, Paulun dediyinə görə, evin çardaq və zirzəmisində ruhlar var. Çarlinin atası əvvəllər də qəribə hadisələrlə qarşılaşdığını etiraf edib, lakin onlara əhəmiyyət verməməyə çalışıb. Bir gün o, çardaqda yüksək səs eşidib və sonradan ora aparan qapının açıq olduğunu görüb.
Çarli oğlanın adını bir daha dedikdən bir gün sonra aşağı mərtəbədəki vanna otağında kran açılıb, uşaq isə ona toxunmadığına israr edib.
Aysel