RU

Böyük Britaniya və ABŞ nüvə müqaviləsinin müddətini uzatdı

Birləşmiş Ştatlar və Böyük Britaniya atom enerjisindən müdafiə məqsədləri üçün istifadə haqqında müqavilənin müddətini uzadıb.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda deyilir. Sənədə əsasən, Vaşinqton və London 1958-ci il Qarşılıqlı Müdafiə Müqaviləsinə “atom enerjisindən qarşılıqlı müdafiə məqsədləri üçün istifadə” sahəsində əməkdaşlığı nəzərdə tutan düzəlişi qəbul ediblər. Sənəd iki ölkəyə müdafiə məqsədləri üçün avadanlıq və məxfi məlumat mübadiləsi aparmağa imkan verir. Sənəddə deyilir: “Bugünkü düzəliş müqaviləni bütövlükdə genişləndirir, davamlı uzunmüddətli əməkdaşlığa, cari və gələcək təhdidlərə cavab vermək üçün Birləşmiş Ştatlarla  Böyük Britaniyanın texniki imkanlarını gücləndirməyə imkan verir”. Dövlət Departamentinin məlumatına görə, sənəd, ona edilən düzəlişlər, eləcə də iki ölkə arasında atom enerjisi sahəsində əməkdaşlıq “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ”nin müddəalarına tam uyğundur.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
68
konkret.az

1Источники