RU

Türkiyə Prezidentinin Maliyyə İdarəsi COP29-da iki panel təşkil etdi

Türkiyə Prezidentinin Maliyyə İdarəsi Azərbaycanda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransında (COP29) iki panel təşkil edib.

Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Maliyyə İdarəsindən məlumat verilib.

Məlumata görə, bu panellərdən birincisi olan “İslami davamlı maliyyədən bəhrələnmə: Transformasiya, tənzimləmə və beynəlxalq əməkdaşlıq” adlı panel Maliyyə İdarəsinin İştirakın Maliyyələşdirilməsi Departamentinin rəhbəri Tarık Akının moderatorluğu ilə həyata keçirilib.

Tədbirdə panel iştirakçıları, Malayziya Beynəlxalq İslami Maliyyə Mərkəzi Rəhbərlik Şurasının üzvü, professor Mohamad Akram Laldin, İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal, London Fond Birjası Qrupunun (London Stock Exchange Group) İslami Maliyyə üzrə rəhbəri Mustafa Adil və İslami Maliyyə Xidmətləri Şurasının baş katibi Qyat Şabsiq fikirlərini bölüşüblər.

“İqlim sərmayəsi: Vədlər, yanaşmalar və regional problemlər” adlı ikinci panelə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və Türkiyə Prezidentinin Maliyyə İdarəsinin davamlı inkişaf üzrə müşaviri Volkan Özdurmuş moderatorluq ediblər.

Paneldə, həmçinin SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, “Togg”un baş icraçı direktoru (CEO) Mehmet Gürcan Karakaş, “Bloomberg”in Yeni enerji maliyyəsi (New energy finance) üzrə baş direktoru Con Mur, Qlobal davamlılıq və enerji sektoru üzrə ekspert Karolina San Martin və “Impax” Aktivlərin idarə edilməsi (Impax Asset Management) Asiya Sakit Okean Davamlılıq bölməsinin rəhbəri Nana Li iştirak ediblər və panel dinləyicilər tərəfindən böyük marağa səbəb olub.

Избранный
149
2
editor.az

10Источники