RU

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14% artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub proqnoza 104,4% əməl edilib.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9% artıb.

Ödənilən vergilərin 67,5%-i qeyri-neft-qaz sektorunun, 32,5%-i isə neft-qaz sektorunun payına düşüb.

Избранный
16
15
apa.az

10Источники