RU

Müstəmləkəçilik Afrikanın dirçəlişini əngəlləyir

Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib.

Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak edən tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub.

Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin investisiya sahəsində yaranan problemlər, dayanıqlı inkişaf və kənar müdaxilə olmadan Afrikada investisiyaların perspektivləri müzakirə olunub.

Tədbirdə müstəmləkəçiliyin hazırda planetimizin üzləşdiyi dağıdıcı iqlim böhranına mənfi təsirləri xüsusi vurğulanıb. Müstəmləkəçiliyin Afrika ölkələrinin, dənizaşırı ərazilərin artıq daha tez-tez üzləşdiyi dağıdıcı iqlim hadisələrinə dərin və davamlı mənfi təsirlərinin gözardı edilməsi şiddətlə qınanıb. Bildirilib ki, müstəmləkəçiliyin bu ölkələrdə yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətlərinin və milli kimliyinin itirilməsi, etnik bölünmə və icmalar arasında gərginliyin yaradılması siyasəti, ətraf mühitin deqradasiyası, iqtisadi və siyasi asılılığın mirası kimi bir çox mənfi təsirlər artıq dözülməz həddə çatıb. Buna baxmayaraq, yerli xalqlar iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə bağlı müstəqil qərarlar qəbul edə bilmirlər.

Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış ediblər.

XQ

Избранный
58
xalqqazeti.az

1Источники