RU

ABŞ ordusunda intiharların sayı artır: Pentaqon elə rəqəmlər açıqladı ki...

ABŞ ordusunda intihara meyilli hərbçilərin sayı artır. Belə ki, keçən il Birləşmiş Ştatlar ordusunun 500-dən çox əməkdaşı özünə qəsd edib ki, bu da 2022-ci ildəki rəqəmi üstələyib.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytı məlumat yayıb.

“2023-cü il təqvim ili ərzində 523 hərbçi intihar edib ki, bu da əvvəlki illə müqayisədə 493 artım deməkdir”, - deyə məlumatda qeyd olunur.

O da bildirilir ki, daha çox gənc əsgər və zabitlər intihar edir. Pentaqon hərbçiləri intihara sövq edən səbəbləri açıqlamır.

Избранный
39
publika.az

1Источники