RU

Bakı çağırışı bizi yeni yanaşmaya doğru apara bilər - Almaniya XİN rəsmisi

Bakı. Trend:

Bakı çağırışı bizi yeni yanaşmaya, hökumətlərlə, münaqişəyəmeyilli bölgələrdən olan icmalarla, yerli aktyorlarla və BMT-ninmüvafiq agentlikləri ilə tərəfdaşlığa doğru apara bilər.

Trend xəbər verir ki, bubarədə Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlimsiyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer MorqanCOP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kimarxada qoymamaq naminə birgə fəaliyyət” adlı Yüksək səviyyəliPaneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı çağırışı iqlim dəyişikliyi istiqamətindəsəyləri birləşdirə və təcili olaraq tədbirləri genişləndirəbilər.

"Hesab edirəm ki, ümumilikdə, biz öhdəlikdən real transformativfəaliyyətə keçməyimizi təmin etməliyik.

Biz bəşəriyyətin təhlükəsizliyi və beynəlxalq sülh və sabitliküçün gələcək risk və zərərdən qaçmağın açarını bilirik. Bu,emissiyaların azaldılması yoludur.

İqlim böhranının azaldılması, maliyyə, uyğunlaşma, itki və zərərnəticələrini təmin edən uğurlu COP-a sahib olmaq, burada COPPrezidentliyinə dəstək olmaq üçün hamımız çox çalışmalıyıq”,- deyəo bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
64
5
az.trend.az

6Источники