RU

Hərbi hissənin qulluqçuları Müdafiə Nazirliyindən ŞİKAYƏTÇİDİR

“N” saylı hərbi hissənin qulluqçuları tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müraciəti olduğu kimi dərc edirik:

“ Biz 20 il və daha çox vətəni qorumaq üçün xidmət etmişik. Bizi hər il Azərbaycan Respublikasının Müdafiə Nazirliyi aldadır. 

28 il Vətənə qüsursuz xidmət etmişəm. Hər iki veteranlıq sənədim var. Amma hələ də evlə təmin olunmamışam. 26 iyun “Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər. Lakin vermədilər. Bildirdilər ki, 8 noyabr tarixində verəcəklər. Yenə də bizi evlə təmin etmədilər. “

Redaksiyadan qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aynurə İSMAYIL 

Избранный
44
hurriyyet.az

1Источники