RU

EBRD: COP29-da bərpa olunan enerji üzrə ilk hərracın nəticələri elan edilə bilər

EBRD:

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstəklənən COP29-da bərpa olunan enerji üzrə ilk hərracın nəticələrini elan edə bilər.

APA xəbər verir ki, bunu AYİB-in Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə Enerji və Təbii Ehtiyatlar Departamentinin direktoru Aida Sitdikova COP29 çərçivəsində Mərkəzi Asiya üçün Enerji Keçidinə dair İnvestisiya Forumunda deyib.

O bildirib ki, AYİB 14 ölkədə bərpa olunan enerji mənbələri üzrə hərraclar hazırlayır.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onlardan ən azı üçü Mərkəzi Asiya və Azərbaycandadır. Bunlar Özbəkistan, Qazaxıstan və Azərbaycandır. Azərbaycan AYİB tərəfindən dəstəklənən ilk hərracın nəticələri COP29-da açıqlanacaq” - Aida Sitdikova əlavə edib.

Избранный
29
50
xalqcebhesi.az

10Источники