RU

Almaniyanın dövlət katibi: "Öhdəlikdən real fəaliyyətə keçidi təmin etməliyik"

"Bakı çağırışı bizi yeni yanaşmaya, yəni hökumətlərlə, münaqişəyəmeyilli bölgələrdən olan icmalarla, yerli aktorlarla və BMT-nin müvafiq agentlikləri ilə tərəfdaşlığa doğru apara bilər".

hakimiyyet.az xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 konfransı çərçivəsində keçirilən "İqlim və Sülh: Heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət" adlı yüksəksəviyyəli paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı çağırışı iqlim dəyişikliyi istiqamətində səyləri birləşdirə və tədbirləri genişləndirə bilər:

"Hesab edirəm ki, biz öhdəlikdən real fəaliyyətə keçidi təmin etməliyik. Biz bəşəriyyətin təhlükəsizliyi və beynəlxalq sülh və sabitlik üçün gələcək risk və zərərdən qaçmağın açarını bilirik. Bu, emissiyaların azaldılması yoludur. İqlim böhranının azaldılması, maliyyə, uyğunlaşma, itki və zərər nəticələrini təmin edən uğurlu COP-un sahib olmaq, burada COP Prezidentliyinə dəstək olmaq üçün hamımız çox çalışmalıyıq".

Mərahim Nəsib

Избранный
63
2
hakimiyyet.az

3Источники