RU

Pentaqonun yeni hesabatı: 21 naməlum uçan obyekt hadisəsi hələ də izahsız qalır- ÖZƏL

Ekspertlər Pentaqonun son hesabatında naməlum uçan obyektlər (NUO) haqqında təqdim etdiyi məlumatlardan ciddi narahatlıq bildirirlər. ABŞ Müdafiə Nazirliyinin açıqladığı 21 hadisə hələ də izah olunmamış qalır. 

Olaylar.az xəbər verir ki, bu barədə Times of India yazır.

Hesabatda ümumilikdə 750 NUO ilə bağlı hadisə qeyd edilib. Lakin bu halların heç birində yadplanetli həyatın mövcudluğunu təsdiqləyən sübut tapılmayıb. Buna baxmayaraq, 21 hadisə hələ də mütəxəssislər üçün sirr olaraq qalır.

Hadisələrin böyük əksəriyyəti hərbi obyektlərin yaxınlığında baş verib. Şahidlər orada uçan şar, silindr və üçbucaq şəkilli obyektlər gördüklərini bildiriblər. Ekspertlər bu obyektlərin pilotsuz uçan aparatlar ola biləcəyini ehtimal etsələr də, bu versiyanı təsdiqləyən heç bir sübut yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
23
olaylar.az

1Источники