RU

Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar - Baş prokuror

Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar.

Missiya.Az xəbər verir ki, bunu Baş prkoruror Kamran Əliyev "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanda da öz növbəsində ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:

"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqların 30 illik işğalı dövründə də ekoloji cinayətləri araşdırırıq, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".

Избранный
36
14
missiya.az

10Источники