RU

Qlobal bazarlarda son vəziyyət - İnvestAZ TƏQDİM EDİR

Ötən gün ABŞ-da statistik məlumatların proqnozların üzərində dərc olunması fonunda dollar major valyutalar qarşısında bahalaşmağa davam edir. Belə ki, EUR/USD valyuta cütlüyü 2023-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, 1.0495 səviyyəsinə qədər ucuzlaşıb. Hal-hazırda cütlük bir qədər bahalaşaraq 1.0540 səviyyəsində ticarət olunur. GBP/USD cütlüyü isə cari ilin iyun ayından bəri ən minimal həddinə, 1.2630 səviyyəsinə qədər ucuzlaşıb.

Qızılın qiyməti sentyabr ayından bugünə qədər ilk dəfədir ki, 2540$ səviyyəsinin altına enib. Belə ki, dəyərli metal dünən 2537$-a ticarət olunurdu. “Brent” markalı neftin bir barrel üzrə qiyməti ötən gün 73.4$ səviyyəsinə qədər bahalaşsa da, bugün 72$ səviyyəsində qərarlaşıb. “Bitcoin” isə tarixi rekordu yenilədikdən sonra eniş tendensiyasındadı. Token beynəlxalq birjada 87800$ səviyyəsində ticarət olunur.

Cümə axşamı günü verilən məlumatlara əsasən, 2024-cü ilin üçüncü rübündə Avrozonanın ÜDM-i əvvəlki rüb ilə müqayisədə 0.4% artıb. İllik ifadədə isə Avrozona iqtisadiyyatı 0.9% böyüyüb. Hər iki göstəricinin dinamikası ekspertlərin ilkin proqnozları ilə üst-üstə düşüb. Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi aylıq ifadədə avqust ayı ilə müqayisədə sentyabr ayında 2%, illik müqayisədə isə 2.8% azalıb. Analitiklər göstəricinin aylıq ifadədə 1.4%, illik ifadədə isə 2.0% azalacağını proqnozlaşdırmışdılar.

Həmçinin, ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı ötən həftə 4 min nəfər azalaraq, may ayından bəri ən aşağı səviyyəyə (217 min) enib. Ölkədə İstehsal Qiymətləri İndeksi isə sentyabr ayı ilə müqayisədə oktyabr ayında 0.1%-dən 0.2%-ə qədər yüksəlib. Əlavə olaraq qeyd etmək lazımdır ki, Yaponiyanın ÜDM-i rüblük ifadədə 0.2%, illik ifadədə isə 0.9% artıb.

Bugün Böyük Britaniyada və ABŞ-da açıqlanacaq statistik məlumatlar investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Belə ki, Birləşmiş Krallıqda ÜDM, Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi, Amerikada isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri dərc olunacaq.

Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Избранный
52
40
fed.az

10Источники