RU

Rusiya gələn il ciddi problemlərlə üzləşəcək

Rusiya

Rusiya yaxın gələcəkdə ciddi problemlərlə üzləşəcək. Analitiklərin fikrincə, rus iqtisadiyyatı Kremlin iddia etdiyi kimi sabit deyil.

Reyting.az
-ın məlumatına görə, Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, qeyri-sabitliyi Moskvanın son iqtisadi siyasəti də təsdiqləyir.

Məsələ ondadır ki, Rusiya iqtisadiyyatı 2025-ci ildə ciddi problemlərlə üzləşəcək. Rusiya lideri Vladimir Putin də ölkəsinin uzunmüddətli iqtisadi sabitliyindən narahatdır.

Xatırladaq ki, Rusiya hakimiyyəti bu yaxınlarda yaralı hərbi qulluqçulara dövlət xərclərini azaltmaq, inflyasiya ilə mübarizə, aşağı doğum səviyyəsi və işçi çatışmazlığı kimi uzunmüddətli demoqrafik problemlərin həllinə yönəlmiş bir sıra qərarlar qəbul edib.

“Bu siyasət göstərir ki, Rusiya iqtisadiyyatı hökumətin dediyi və iddia etdiyi kimi Qərbin sanksiyalarına, pul məhdudiyyətlərinə və hərbi əməliyyatların bahasına qarşı dayanıqlı olmayıb. Bundan əlavə, bu onu deməyə əsas verir ki, Rusiya Federasiyası uzun illər və onilliklər boyu uzanan hərbi əməliyyatları davam etdirmək, öz cəmiyyətini iqtisadi problemlərdən qorumaq iqtidarında deyil”, - deyə ISW analitikləri bildiriblər.

Analitiklərin fikrincə, Ukraynanın döyüş meydanında müqavimətinə Qərb və beynəlxalq dəstək ardıcıl olaraq Rusiyanın iqtisadi problemlərini daha da kəskinləşdirəcək.

Eyni zamanda “Business Insider” Rusiya iqtisadiyyatının zəifləməyə başlamazdan əvvəl daha bir il yarım dayana biləcəyini proqnozlaşdırıb.

“Bloomberg” nəşri Ukraynaya qarşı apardığı müharibənin böyük xərclərindən sarsılan Rusiya iqtisadiyyatının əsas sektorlara tətbiq edilən sanksiyalara görə kəskin yavaşlaya biləcəyini vurğulayır.

Ukrayna Pilotlar Assosiasiyasının prezidenti Gennadi Khazan bəyan edib ki, Rusiyanın gələn ilin sonuna qədər iqtisadi ehtiyatı var və onu sıxışdırmaq lazımdır. Bundan sonra onların iqtisadiyyatı çökməlidir.

E. KAMAL
Избранный
43
45
reyting.az

10Источники