Rusiya Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan ruslar Aleksandr Trufanov və Maksim Xarkinin dərhal azad edilməsini tələb edir.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında deyilir.
“Bu gün yüzdən çox insan əsirlikdədir. Günahsız insanların tutulması və uzun müddət məcburi həbsdə saxlanılması heç bir şəkildə əsaslandırıla bilməz. Biz Fələstin bölmələrinin əlində olan bütün mülki şəxslərin, ilk növbədə isə soydaşlarımızTrufanov və Xarkinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, – Zaxarova bildirib.
Zaxarova həmçinin qeyd edib ki, girovların azad edilməsi mövzusu Rusiya tərəfinin HƏMAS və digər Fələstin təşkilatlarının siyasi qanadı nümayəndələri ilə təmaslarında prioritetdir: “Bu humanitar tapşırığın həyata keçirilməsi üçün ardıcıl iş davam etdiriləcək”.
Azpost.info