RU

Döyüşdə ölən əsgər üçün "məzar davası"

Rusiyada müharibədə öldürülmüş döyüşçü ilə bağlı tragikomik hadisə baş verib. Om1.ru-nun yaydığı məlumata görə, Omsk vilayətində Ukraynada döyüşmüş əsgərin yaxınları onunla vida mərasiminə gələn zaman arzuolunmaz vəziyyətlə üzləşiblər. Onlar qəbiristanlıqda olan zaman yaxınlarının artıq "basdırıldığını" görüblər, məzarın örtülməsindən təəccübləniblər. Bundan sonra yas saxlayan qohumlarla aidiyyəti qurumların işçiləri arasında dava başlayıb. 

"Bütün bu hadisələr Luzinski kəndində baş verib. Qeyd edilib ki, əvvəlcədən qazılaraq hazırlanmış yer artıq torpaqla örtülübmüş. Məzar yeri ərazinin ona məxsus olduğunu bəyan edən iş adamlarından biri olan qadınının göstərişi ilə örtülüb. Hadisədə qadının göstərişini yerinə yetirən özəl qurumun əli olub.

Eyni zamanda qəsəbə administrasiyası bildirib ki, qəbiristanlıq 2022-ci ilin sentyabrından rəsmi olaraq bağlandığından, iş adamına heç bir sənəd verilməyib. İstisna olaraq, burada yalnız Ukraynadakı döyüşlərdə iştirak etmiş şəxslərin dəfn edilməsinə icazə verilir. Çünki bu, xüsusi kateqoriyadır. 

Luzinski qəsəbəsinin rəhbəri Aleksandr Maslov bildirib ki, administrasiya əsgəri ləyaqətlə dəfn etməkdən ötrü hərbçinin dəfni üçün əvvəlcədən yer ayırıb. İndi rəsmilər bu arzuolunmaz hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlamaq niyyətindədirlər.

Tural

Избранный
43
news365.az

1Источники