RU

Tramp növbəti ermənipərəsti vəzifəyə gətirir: Bakını "sanksiya" ilə hədələyən Robert Kennedi

Xatırlayırsınızsa Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ Prezidenti Co Baydenin Trampı faşist hesab etdiyini açıqlamışdı.
ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi bu fikirə ilk etiraz edənlərdən olmuşdu. Kennedi bildirmişdi ki, Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına sui-qəsdlərə səbəb ola bilər:"Bu cür təxribatçı və təhlükəli müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.
“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”.


Adalet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kiçik Robert Kennedinin bu hərəkətini etinasız qoymayacaq.
Beləki, Tramp onu Səhiyyə və İnsan Xidmətləri naziri təyin edəcək.
, CNN yazır ki, bununla da Tramp qalmaqallı qərarların siyahısını tamamlayır, onların Senatda təsdiqlənməsi respublikaçıların gələcək prezidentə sədaqət dərəcəsini göstərəcək:"Bütün amerikalıların təhlükəsizliyi və sağlamlığı hər hansı bir administrasiyanın ən vacib işidir" deyən Trump, X-də yazaraq, hər kəsin sağlamlıq böhranına səbəb olan zərərli kimyəvi maddələrdən, dərmanlardan və qida əlavələrindən qorunmalı olduğunu qeyd etdi.

O, amerikalıları əmin etdi ki, Kennedy Jr. "Amerikanı yenidən güclü və sağlam etmək üçün xroniki xəstəlik epidemiyasına son qoyaraq" elmi tədqiqatların "Qızıl Standart" ənənəsini bərpa edəcək".

Qeyd edək ki, ABŞ-da prezidentliyə namizəd Robert Kennedi də Trampın digər seçimləri kimi tamamilə ermənipərəst bir mövqe sərgiləyən siyasətçilərdən olub. O, 24 apreldə qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə etdiyi çıxışda Azərbaycana qarşı saxta ittihamlar və böhtanlar yağdırmışdı və hökuməti Azərbaycana qarşı sanksiya tətbiqinə çağırmışdı:“Biz yerli ermənilərin “artsax”a qayıtması üçün təhlükəsiz yol tapılması, Azərbaycanı girovların azad edilməsinə çağırmalı və sanksiyalar tətbiq etməklə məsuliyyətə cəlb etmək üçün indi hərəkətə keçməliyik. Bu gün biz “erməni soyqırımı”nın törədilməsinin 109-cu ildönümünü qeyd edirik. Ancaq ermənilər hələ də acınacaqlı vəziyyətdədir. Biz “etnik təmizləmə”yə son qoymaq və ermənilərin öz müqəddəratını təyinetmə hüququnu qorumaq üçün öhdəliyimizi təsdiqləməliyik”.

 Əntiqə Rəşid

Избранный
48
adalet.az

1Источники