RU

"Bayden uduzandan sonra Kiyevə kömək etmək qərarına gəlib" -Repke

ABŞ prezidenti Cozef Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan öz vəzifəsində səriştəsiz məmur olduğunu sübut etdi. Çünki ABŞ Ukrayna münaqişəsinə ciddi təsir göstərə bilmədi. Bu barədə məşhur alman jurnalist Yulian Repke "X" sosial şəbəkəsindəki  səhifəsində yazıb.

O, Amerika rəsmisinin Bayden administrasiyasının Ukraynaya kömək üçün ABŞ Konqresindən əlavə vəsait istəmək niyyəti ilə bağlı bəyanatını da şərh edib. Repke "Sullivan təsəvvür edilən ən pis milli təhlükəsizlik məsləhətçisidir" deyə yazıb.

O, həmçinin qeyd edib ki, Vaşinqton münaqişənin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilməyib. Yalnız indi Bayden Kiyevə kömək etmək qərarına gələrək, Ukraynaya yardım məsələsində ABŞ-nin yeni prezidenti Donald Tramp və Respublikaçıların Konqresi ilə üz-üzə gəlməyə çalışır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
29
news365.az

1Источники