RU

BƏƏ Baş nazirinin müavini: Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı statistika 2023-cü ildə rekord həddə çatıb:

"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə qarşı maneələr yaradırlar".

Nazir bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 faizidir: "İqlim layihələri üçün birgə çalışmaq ümumi işin "onurğa sütunu"dur".

Nazir Azərbaycan Respublikasını və tədbirin təşkilatçılarını belə bir əhəmiyyətli sessiyanın keçirilməsinə görə təbrik edib: "Bu tədbir həm ölkələrarası əməkdaşlığın gücləndirilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir" - deyə Şeyx Seyf bin Zayed Əl Nəhyan qeyd edib.

Избранный
70
7
yeniazerbaycan.com

9Источники