RU

"Rusiya ordusu Şərqi Ukraynada da irəliləyir, gedişat rəsmi Kiyev üçün ürəkaçan deyil" - ŞƏRH

Son günlər Rusiya Kursk istiqamətində əlavə qüvvələr cəlb edir.  Artıq xüsusilə həmin istiqamətdə gərgin döyüşlər gedir. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy deyib ki, Rusiya prezidenti Vladimir Putin Kursk məsələsini danışıqlar predmetindən çıxarmaq istəyir:

 

““Forbes” jurnalı isə bildirir ki, bu hücumlar zamanı Rusiya tərəfi inanılmaz dərəcədə böyük itkilərə məruz qalıb. 82 texnika və çoxlu sayda canlı qüvvə itirən Rusiya yenə də əks həmlələrə davam edir. Bu, gözlənilən idi. Çünki Rusiya cəmiyyətini, insan həyatına baxışını hər birimiz çox gözəl bilirik. Lakin Rusiya ordusu Şərqi Ukraynada da irəliləməkdədir. Gedişat rəsmi Kiyev üçün ürəkaçan deyil”.

 

Ekspert qeyd etdi ki, Kiyevə dəstək azalarsa, daha çox ərazinin itirilməsi ilə barışmalı olacaq:

 

“Savaş bu ərazilərin Rusiyaya keçməsi ilə başa çatacaqsa, vaxt itirmədən Türküstan ölkələri ilə Türkiyə arasında Şuşa bəyannaməsinə bənzər bir sənəd imzalanmalıdır. Doğrudur, bu da problematik məsələdir və daha geniş analizə ehtiyac var”.

 

Günay 

Избранный
44
sfera.az

1Источники