RU

“Xal itkisi çox pis nəticə sayılacaq”

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda sabah Estoniya ilə qarşılaşacaq. “Turan Tovuz”un və yığmanın futbolçusu Şəhriyar Əliyev “FutbolPress“ə açıqlamasında görüşdən gözləntilərini bölüşdü:

“Estoniya oyunda maksimum çalışıb, qələbə qazanmaq lazımdır. Xal itkisi çox pis nəticə sayılacaq. Düşünürəm ki, komanda olaraq hər kəs oyuna köklənib. İnşallah, bu və növbəti İsveçlə matçda yaxşı nəticə qazanıb, üçüncü sıraya qalxarıq”.

Millinin bundan öncəki toplanışlarına çağırılan Şəhriyar bu dəfə kənarda qalmasının baş məşqçi Fernandu Santuşun qərarı olduğunu söylədi. O, hazırda “Turan Tovuz”la Gəncədə toplanışda olduqları üçün matçı stadiondan izləyə bilməyəcəyini qeyd etdi:

“Heyətə çağırılmamağım baş məşqçinin qərarıdır. Hazırda Gəncədə toplanışdayıq, çox güman, oyuna gedə bilməyəcəyik və televiziyadan izləyəcəyik. Burda toplanışımız olduğu üçün stadionda olmayacağıq”.

Azərbaycan – Estoniya oyununa saat 18:00-da start veriləcək.

Избранный
20
futbolpress.az

1Источники