FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Millətlər Liqasının C Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Lüksemburq – Şimali İrlandiya oyununun baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Peter Bankes və Andrew Madley olacaq.
Qeyd edək ki, noyabrın 18-də Lüksemburq şəhər stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.