"Trabzonspor" mövsüm arası transfer dövründə heyətini gücləndirməyə hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, milli fasiləni fürsət bilən "bordo-mavililər" bu mövzuda planlamalarını edərək artıq transfer işlərinə başlayıb.
Qaradəniz nəhəngi "Al Nassr"dan "Al Ittifaq"a icarəyə verilən Seko Fofana ilə maraqlanır.
Qaradəniz təmsilçisinin 29 yaşındakı Fil Dişi Sahilindən olan orta sahə oyunçusu üçün yaxın zamanda "Al Nassr" ilə transfer görüşmələrinə başlayacağı iddia edilib.
"Al Nassr" ilə 2026-cı ilə qədər müqaviləsi olmasına baxmayaraq, Avropa futboluna qayıtmaq istəyən Fofananın "Al Ittifaq"dan ildə 15 milyon avrodan çox maaş aldığı bildirilir.