RU

Trampın şokedici Rusiya, Çin və Yaxın Şərq planları - Detallar


"ABŞ dərin dövləti uzun müddətdir ki, iki strateji plan həyata keçirməyə çalışır. Bunlardan biri Rusiyanı parçalamaq və Çin rejimini devirməkdir. Digər plan isə Yaxın Şərqdə sərhədlərin yenidən cızılmasına nail olmaqdır".

Paralel.az xəbər verir ki, bunu siyasi təhlilçi Hakkı Öcal “Milliyet” qəzetindəki yazısında qeyd edib.

Onun fikrincə, ABŞ bu strategiyanı İsrail lobbisinin dəstəyi ilə həyata keçirir. 

“ABŞ dərin dövlətinin 11 sentyabr 2001-ci il hücumlarından fürsət kimi istifadə edərək həyata keçirdiyi iki plan var: Birincisi, Rusiya Federasiyasını parçalayaraq Çindəki rejimi bitirmək və Yaxın Şərqdəki natamam xəritəni yenidən cızmaq. Belə rəsmi ifadələri bir kənara qoyub sadələşdirsək, bu iki planı Moskva-Pekin yolunun açılması və “Terroristan”ın qurulması kimi ümumiləşdirə bilərik", - o qeyd edib.

O əlavə edib ki, illərdir, ABŞ İsrailin bütün prezidentləri və baş nazirləri, ABŞ dərin dövlətinin, ələ keçirilən bütün əsas protestant kilsələrinin töhfələri ilə bu iki planı həyata keçirmək mövqedən çıxış edirlər. "Bu işdə evangelistlər, İsrail lobbisi və böyük universitetlər də yer almaqdadır", - Hakkı qeyd edib.

Hakkı onu da bildirib ki, Trampın oğlu, qızı, kürəkəni Jared Kuşner və ailə üzvləri ilə birlikdə Amerikanı idarə edəcəyini düşünmək qəflətdən kənar səhv olardı: " Amma unutmaq olmaz ki, ABŞ yalnız bir prezident tərəfindən idarə oluna bilməyəcək qədər böyük hərbi, maliyyə və siyasi strukturdur. Ən azı 60 ildir ki, "İngilis lordları və fransız baronlarının Yaxın Şərq bölgüsünə” göz yummaqda günahlandırılan “liberal göyərçinləri” əvəz etməyə çalışan NeoCon strukturunu gözardı etmək olmaz.

Xülasə, Tramp qeyri-qanuni meksikalı mühacirləri təqib etməklə öz dərin Amerika biznesini davam etdirəcək”.

Mürtəza
Paralel.az

Избранный
36
3
paralel.az

4Источники