RU

Abxaziyada silahlı toqquşma: “Prezident aparatı”na yük maşını ilə girdilər

Suxumidə (Abxaziya) etirazçılar “prezident administrasiyası”nın divarını yük maşını ilə dağıdıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hazırda “parlament binası” yaxınlığında təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında toqquşmalar gedir.

Binanın yaxınlığında atışma səsləri eşidilir.

Səhər saatlarında müxalifətin çağırışı ilə insanlar “parlament”in yaxınlığında toplaşmağa başlayıblar. “Qanunverici orqan” Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsini müzakirə etməliydi. Amma “deputat”ların qərarı ilə iclas ləğv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
31
1
teleqraf.com

2Источники