RU

“Tesla” bir il ərzində altıncı dəfə “Cybertruck”ı geri çağırır


Amerikanın “Tesla” şirkəti inverterdəki nasazlığa görə “Cybertruck” pikaplarını növbəti dəfə geri çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tesla”nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2431 elektrik avtomobilində nasaz inverter quraşdırıla bilər ki, bu da hərəkət zamanı dartma qüvvəsinin itməsinə və qəzanın baş verməsinə səbəb ola bilər.
Mətbuat xidmətinin məlumatına görə, iyulun 30-dan əvvəl buraxılmış avtomobillər üçün nasaz inverter yenisi ilə əvəz olunacaq. Ancaq bu, həmin tarixdən sonra buraxılmış nəqliyyat vasitələrinə aid edilməyəcək.
Qeyd edək ki, aprel ayında “Tesla” 3878 “Cybertruck” elektrik pikapını qaz pedalında nasazlıq olduğu üçün geri çağırıb. Geri çağırılma 13 noyabr 2023-cü il tarixindən 4 aprel 2024-cü il tarixədək istehsal olunan 2024 pikapa təsir edib.
Избранный
25
yeniavaz.com

1Источники