RU

Həmin libası 22 il sonra yenidən geyindi - Foto

Məşhur Hollivud ulduzu Helli Berri 22 il bundan əvvəl “Oskar” mərasimində geyindiyi libasda yenidən görüntülənib.

“Qafqazinfo” NDTV-yə istinadən xəbər verir ki, o Səudiyyə Ərəbistanıda keçirilən “The 1001 Seasons of Elie Saab” adlı tədbirə qatılıb.

2002-ci ildə “Monster's Ball” filmindəki roluna görə “Ən yaxşı aktrisa” adına layiq görülən Berri, həmin gecə geyindiyi “Elie Saab” imzalı unudulmaz paltarı yenə seçib.

Qeyd edək ki, H. Berri “Oskar” tarixində “Ən yaxşı aktrisa” mükafatını qazanan ilk qaradərili qadın kimi tarixə düşüb.



Избранный
84
1
qafqazinfo.az

2Источники