RU

3 Xocalı qatili ilə bağlı həbs qətimkan tədbiri seçilib: SƏBƏB ?

Ermənistanda məhkəmə Seyran Ohanyan, Yuri Xaçaturov və Robert Köçəryanın növbəti iclasda iştirakını təmin etmək məqsədilə onların barəsində həbs qətimkan tədbiri seçib.


Adalet.az tert.am-a istinadən xəbər verir ki, hər 3 Xocalı canisi korrupsiyaya qarşı cinayət işi üzrə məhkəməyə gəlməyiblər. Vəkillərin iddiasına görə, buna səbəb onların hansı maddə ilə ittiham olunduqları ilə bağlı izahat almamasıdır.

Media bildirir ki, Robert Köçəryan, Armen Gevorkyan, Seyran Ohanyan və Yuri Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci (“Konstitusiya quruluşunu devirmə”) maddəsi ilə ittiham olunublar. Kassasiya Məhkəməsi Robert Köçəryan, Yuri Xaçaturov və digərlərinin işinə xitam verilməsi barədə qərarı ləğv edib, işə yenidən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində baxılır.

Xatırladaq ki, Ermənistanda "qanlı mart qırğını "adı ilə tanınan 2008-ci ildə Martın 1-də baş vermiş hadisələrdə də adı hallanan Ermənistanın ikinci prezidenti Robert Köçəryan, Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, Ermənistan Respublikasının keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Respublikasının baş nazirinin keçmiş müavini Armen Gevorqyan ittiham edilirdi.


Əntiqə Rəşid

Избранный
18
adalet.az

1Источники