RU

ANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığı əməkdaşlığın ən gözəl nümunəsidir - Baş katibin köməkçisi

Bakı. Trend:

Biz bu gün burada daha təhlükəsiz və dayanıqlı mühitinformalaşması üçün mina təhlükəsi ilə mübarizə və ətraf mühitinmühafizəsinin bir-biri ilə sıx bağlı olması barədə müzakirələraparmaq üçün bir araya gəlmişik. Dünyanın bir çox ölkəsində minalarvə müharibənin partlamamış hərbi qalıqları təkcə insanların həyatvə sağlamlığına deyil, həm də torpaq və təbii resurslara, ocümlədən bioloji müxtəlifliyə ciddi təhdidlər yaradırlar.Münaqişələr bitdikdən və minaların təmizlənməsindən sonra beləonların ətraf mühitə təsirləri illər və onlilliklər ərzindəqalmaqda davam edir.

Trend xəbərverir ki, bunu BMT Baş Katibinin köməkçisi, BMT-nin İnkişafProqramının Administratorunun müavini, Avropa və Müstəqil DövlətlərBirliyi üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç COP29çərçivəsində keçirilən ANAMA və BMT- nin İnkişaf Proqramının təşkiletdiyi "Cığırın tənzimlənməsi: İqlim dayanıqlılığı və dayanıqlıinkişaf üçün mina təhlükəsi ilə mübarizə" mövzusunda keçiriləntədbirdə deyib.

O bildirib ki, bu sahədə əməkdaşlığın ən gözəl nümunəsiANAMA-nın və BMT-nin İnkişaf Proqramının tərəfdaşlığıdır: "Hər ikiqurum Azərbaycanda mina təhlükəsi ilə mübarizə sahəsində çoxsəmərəli əməkdaşlıq edib və minalar və müharibənin partlamamışhərbi qalıqlarının yaratdığı təhlükələrin aradan qaldırılmasıistiqamətində uğurlu fəaliyyət göstəriblər.”

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
40
2
az.trend.az

3Источники