RU

Azərbaycan və ABŞ yaşıl enerji keçidində beynəlxalq əməkdaşlığın təşviqini müzakirə etdi (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ-ninDövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattlagörüşüb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın prioritetləri,bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasınınəhəmiyyəti, dayanıqlı biznes modellərinə investisiya axınınınperspektivləri barədə fikir mübadiləsi aparılıb.

Ölkəmizin iqtisadi inkişaf modelinin emissiyaların azaldılması,iqlimə davamlılığın təmin edilməsi və aşağı karbonlu biznesstrategiyalarına keçid kimi qlobal çağırışlara uğurlu adaptasiyasıilə bağlı prioritetlər nəzərdən keçirilib. Mərkəzi Asiyaölkələrindən Azərbaycandan keçməklə Avropaya yaşıl enerjinin ixracılayihəsi ilə bağlı məlumat verilib.

Tərəflər yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirməküçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpa olunan enerjimənbələrindən istifadənin genişləndirilməsi, dayanıqlı biznesmodellərinə investisiya axınının perspektivləri barədə özfikirlərini bölüşüblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
67
4
az.trend.az

5Источники