RU

Azərbaycanın COP29 prezidentliyi "yaşıl" enerji zonaları və dəhlizləri üzrə öhdəlik hazırlayır

Bakı. Trend:

Azərbaycan COP29 çərçivəsində "yaşıl" enerji zonaları vədəhlizləri üzrə öhdəlik hazırlayır.

Trend xəbərverir ki, bunu Azərbaycanın energetika nazirinin müavini OrxanZeynalov COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündəbildirib.

“Azərbaycanın COP29 prezidentliyi yaşıl enerji zonaları vədəhlizləri üzrə öhdəlik hazırlayır. Bu öhdəlik iki əsaskomponentdən ibarətdir: yaşıl dəhlizlər və yaşıl enerji zonaları.Yaşıl dəhlizlər yaşıl enerjinin sərhədlərarası və uzun məsafələrəiqtisadi baxımdan səmərəli ötürülməsi üçün olduqca vacibdir, bu isəqiymətləri azaltmağa və prosesi daha rentabelli etməyə imkan verir.Lakin biz bərpa olunan enerji mənbələrinin çox vaxt yüksək tələbatolan yerlərdən uzaqda yerləşməsi kimi çağırışla üzləşirik”, – deyəo qeyd edib.

O.Zeynalov əlavə edib ki, daha iki əhəmiyyətli dəhlizmövcuddur.

“Birinci – Orta Asiya–Azərbaycan dəhlizi, hansı ki, iki günəvvəl üç ölkə başçısı onun inkişafı üzrə dövlətlərarası sazişimzaladı və tezliklə texniki-iqtisadi əsaslandırma işlərinəbaşlanacaq. Digər mühüm dəhliz isə gücü 1,5 giqavatt olanAzərbaycan–Türkiyə dəhlizidir, onun da texniki-iqtisadiəsaslandırılması uğurla başlayıb. Azərbaycan 2030-cu ilə qədər 7giqavatt bərpa olunan enerji istehsalını planlaşdırır, bunun 5giqavattı ixrac ediləcək”, – deyə o vurğulayıb.

Nazir müavini bildirib ki, öhdəlik, həmçinin, yaşıl enerjizonalarının irəliləməsini dəstəkləyir, bu isə resursların səmərəliistifadəsi, investisiyaların cəlbi və dayanıqlı inkişafa töhfəverir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
30
az.trend.az

1Источники