RU

Abxaziyada etirazçılar “Prezident aparatı”na daxil oldu

Suxumidə (Abxaziya) etirazçılar “prezident administrasiyası”nın divar və qapısını yük maşını ilə dağıdıblar.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hazırda “parlament binası” ətrafında təhlükəsizlik qüvvələri ilə müxalifət tərəfdarları arasında toqquşmalar gedir.

Binanın yaxınlığında atışma səsləri eşidilir.

Səhər saatlarında müxalifətin çağırışı ilə insanlar “parlament”in yaxınlığında toplaşmağa başlayıblar. Qondarma qurum "Rusiya ilə investisiyalar haqqında hökumətlərarası saziş"in ratifikasiyası məsələsini müzakirə etməliydi. Amma “deputat”ların qərarı ilə iclas ləğv edilib.
Избранный
15
1
bakupost.az

2Источники