RU

COP29-da Türkiyənin İqlim üzrə yol xəritəsi təqdim edildi

Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakı Olimpiya Stadionunda ölkəsinin İqlim üzrə yol xəritəsini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Telekanalın meteorologiya üzrə redaktoru Bünyamin Sürmeli Bakıda təqdim olunan Türkiyənin iqlim dəyişikliyinə baxışı və hədəflərini qiymətləndirib.

"Ən çox diqqətimi çəkən sement hədəfi oldu. Sement dünyada ən çox karbon emissiyasına səbəb olan maddələrdən biridir. Dünyanın açıqladığı 2050 hədəfinin nə qədər real olduğuna baxmaq lazımdır. Məqsədlər arasında həm qlobal, həm də yerli hədəflər var. Türkiyənin Yol Xəritəsində "Qlobal miqyasda məsuliyyət"dən söhbət gedir. Biz qlobal miqyasda iqlim işinə mütləq töhfə verəcəyik", - deyə redaktor bildirib.

[media=https://dai.ly/x9931lw]

Избранный
55
ekologiya.az

1Источники