RU

Təmiz Enerji Mərkəzinin açılması Azərbaycanın ECO çərçivəsində fəal mövqeyinə uyğundur - Baş katib

Bakı. Trend:

Təmiz Enerji Mərkəzinin açılması Azərbaycanın ECO çərçivəsindəfəal mövqeyinə və "təmiz" enerjinin irəlilədilməsinə töhfəsinəuyğundur.

Trend xəbərverir ki, bunu ECO-nun baş katibi Əsəd Xan ECO-UNIDO Təmiz EnerjiMərkəzinin açılış mərasimində çıxışı zamanı bildirib.

“Bakıda ECO-nun "yaşıl" enerji mərkəzinin yaradılması, UNIDO iləbirgə həyata keçirilərək, "təmiz" enerji gündəliyinə kollektivbağlılığımızın mühüm göstəricisidir. Bu Mərkəz dayanıqlı enerjiyəyönəlmiş ECO Regional Elektrik Enerji Bazarı layihəsinə töhfəverərək, transformasiya prosesində əsas rol oynayacaq. Mərkəzinyaradılması ideyası ECO və UNIDO arasında aparılan məsləhətləşmələrnəticəsində meydana gəlib.

Layihənin əsas məqsədi üzv dövlətlərin müasir, əlçatan, etibarlıvə ekoloji cəhətdən dayanıqlı enerji xidmətlərinə çıxışınıgenişləndirmək, enerji təhlükəsizliyini təmin etmək və enerjisektorunun ətraf mühitə mənfi təsirini azaltmaqdır.

Mərkəz dayanıqlı enerji bazarlarının inkişafı vəinvestisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradacaq.Əminik ki, bu mərkəz qlobal dayanıqlı enerji üzrə regionalmərkəzlər şəbəkəsinin mühüm bir elementi olacaq. MərkəzinAzərbaycanda yerləşdirilməsi təşəbbüsü üçün xüsusi təşəkkürümüzübildiririk. Bu qərar Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycanın ECO çərçivəsində fəal mövqeyinə və "təmiz" enerjininirəlilədilməsinə verdiyi töhfəyə tamamilə uyğundur”, – deyə o qeydedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
39
1
az.trend.az

2Источники