RU

İqlim dəyişikliyi ilə mübarizə, əl işləri, Afrikalı uşaqlarının inkişafı - UNFCCC sərgilərindən REPORTAJ - FOTO

İqlim
Artıq 5 gündür ki, ölkəmizin paytaxtı Bakı şəhəri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrinin Prezidentlərinin, nazirlərinin, iştirak etdiyi COP29-da hərgün önəmli görüşlər keçirilir, müzakirələr aparılır.
1news.az hərgün COP29-da keçirilən görüşlərdən, tədbirlərdən yazılar hazırlayır, tədbirin keçirildiyi məkandan – Bakı Olimpiya Stadionundan reportajlar hazırlayır. Bu dəfə isə sizələri Mavi zonada yerləşən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) sərgiləri ilə tanış edəcəyik. COP29 sərgiləri iqlim dəyişikliyinə qarşı qlobal əməkdaşlığı təşviq etmək məqsədilə müxtəlif mövzularda, o cümlədən iqlimə uyğunlaşma, bərpa olunan enerji və davamlı inkişaf kimi sahələrdə mühüm rola sahib olacaq. Sərgilərdə ölkələr və təşkilatlar innovativ layihələrini nümayiş etdirəcək, yerli və qlobal səviyyədə ən yaxşı təcrübələri müzakirə etmək üçün bir araya gələcəklər. Bu sərgilər, UNFCCC çərçivəsində qlobal siyasətləri məlumatlandırmaq və iqlim fəaliyyətlərini birgə gücləndirmək üçün əvəzsiz bir platforma olacaq. Sərgidə iştirak edən Afrika Uşaqları Üçün Beynəlxalq Fondun İcraçı Direktoru Onyekaçi Angela Cozef deyib ki, onlar əsasən, Afrika uşaqlarının sağ qalması və inkişafı üçün çalışırlar. "Onların rifahını, təhsilini və ümumiyyətlə, onların inkişafı üçün əhəmiyyətli olan hər şey etməyə çalışırıq. Bu, bizim əsas fəaliyyət istiqamətimizdir. Bu sərgidə də təşkilatımızla bağlı, görüləcək işlərlə bağlı məlumat veririk, qonaqları Afrikalı uşaqların inkişafına dəstək verməyə çağırırıq". O, deyib ki, 24 ildir ki, fəaliyyət göstərirlər və bu müddət ərzində iqlim dəyişikliyinin Afrika uşaqlarına təsirlərinin azaldılması ilə bağlı çağırışlar edirik. Ümumiyyətlə, iqlim dəyişikliyinin qarşısı almaq üçün hamımız əlimizdən gələni etməliyik. Afrika uşaqları üçün fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olaraq iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı fəaliyyətləri missiyamıza daxil etməyi bacardıq. Müsahibim bildirib ki, Bakını çox bəyənib. “İnsanlar çox mehribandır, amma hava soyuqdur. Burada həryerdə biz insanlar tərəfindən mehriban və qonaqpərvər münasibət gördük. Yeməkləri bizim yeməklərdən fərqli olsa da yeməyə çalışırq”. Avropa Kosmik Agentliyinin əməkdaşı Paul Fişher deyib ki, burada Yerin müşahidəsi məlumatlarının dəyərini təbliğ edirlər. “İqlimi izləyir, iqlimi anlatmağa çalışır və gələcək dəyişikliklərə dair məlumatlandırma işləri aparırıq. Peyklər qlobal iqlim müşahidə sistemi tərəfindən müəyyən edilmiş əsas iqlim dəyişənlərinin üçdə ikisini izləyir və onların hamısı Avropa üzrə çalışan təxminən 500 Yer müşahidəsi və iqlim alimi tərəfindən hazırlanır. Bu məlumatlar Beynəlxalq İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə daxil edilir” O, deyib ki, COP29-un hədəfinə çatacağına ümid edirik. “Bu gün iqlim dəyişikliyi hamımızı maraqlandıran önəmli məsələdir. Biz bu məsələ ətrafında birləşməliyik”. Yaponiyanın Uzaqdan Zondlama Texnologiyaları Mərkəzinin nümayəndəsi Teppei Sato bildirib ki, bu sərgi Yaponiyadan göstərilir və Ekologiya İnstitutu, Aerokosmik Agentlik və Uzaqdan Zondlama Texnologiya Mərkəzinin birgə sərgisidir. “Məlumatlar iqlim dəyişikliklərinə uyğunlaşma və təsirlərin azaldılması üçün istifadə edilə bilər. Bu sərgidə bəzi posterlərimiz də var. Məlumatlar istixana qazlarının konsentrasiyası və yayılmasının monitorinqi üçün istifadə olunmalıdır. Eyni zamanda, bu məlumatlar proqnozlaşdırma və ya məlumat toplama məqsədləri üçün də istifadə olunur”. Qeyd edək ki, Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
Избранный
37
2
1news.az

3Источники