RU

"Davamlı su idarəçiliyi yalnız dövlətin siyasətindən asılı deyil" - Zaur Mikayılov

Davamlı su idarəçiliyi təkcə dövlətin siyasətindən asılı deyil, həm də kollektiv sosial məsuliyyətdir.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ACWA Power” şirkəinin təşkilatçılığı ilə keçirilən “Davamlı su və enerji keçidlərini idarə etmək” tədbirində deyib.

O bildirib ki, bu məsələdə sosial iştirak və ictimai məlumatlandırma olduqca əhəmiyyətlidir: "Buna görə də Azərbaycan suyun mühafizəsi, məsuliyyətli istifadə və iqlim dəyişikliyinin əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş icmaların cəlb edilməsi proqramlarına təşəbbüs göstərib. Sudan səmərəli istifadəni ictimai şüurda yerləşdirməklə fərdlərə və icmalara qlobal təhlükəsizliyə, davamlılığa fəal töhfə verməyə imkan yaratmağı hədəfləyirik".

Z.Mikayılov qeyd edib ki, artan yağıntılar, temperaturun yüksəlməsi və kəskinləşən ekstremal hava hadisələri – quraqlıq və daşqınlar – bütün dünyada su ehtiyatlarına qarşı təhdidi artırır: "İqlim dəyişikliyindən dərin təsirlənən ölkələrdən biri kimi Azərbaycan bu çağırışla mübarizədə davamlı və vahid yanaşma tətbiq etməyə məcburdur. Məqsədimiz təkcə davamlı su təchizatını təmin etmək deyil, həm də şəhərlərimizin rifahını və gələcəyini qorumaqdır. Buna görə də, Azərbaycan su ehtiyatları ilə bağlı hərtərəfli transformasiya proqramının təşəbbüskarıdır. Su və enerji davamlı inkişafın iki sütunudur. İndiki vaxtda, iqlim dəyişikliyinin təsirləri daha da şiddətləndikcə, dayanıqlı su və enerji sistemlərinin təmin edilməsi prioritet olmaqdan kənara çıxıb və mütləq zərurətə çevrilib".

Agentlik sədri diqqətə çatdırıb ki, coğrafi müxtəlifliyi ilə Azərbaycan münbit düzənliklərdən tutmuş dağlıq bölgələrə qədər müxtəlif su ehtiyatlarına və ehtiyaclarına malik ölkədir: "Biz tarixən neft və təbii qaz hasilatında gücümüzlə regionun enerji lideri olmuşuq. Bununla belə, bu, dayanıqlı təcrübələrə keçid həm cari, həm də gələcək problemlərin həllinin vacibliyini bir daha vurğulayır. Biz su ehtiyatlarının siyasi sərhədləri aşdığını və bu səbəbdən də regional əməkdaşlığın və məlumat mübadiləsinin vacibliyini qəbul edirik. Azərbaycan qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq missiyalarını dəstəkləməklə su ehtiyatlarının idarə edilməsi, davamlı təcrübələrin təşviqi istiqamətində fəal işləyir".

Избранный
21
3
redaktor.az

4Источники