RU

İki ölkə arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Bu gün Türkiyə və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.

SİA-nın əldə etdiyi məlumata görə, sənədi Türkiyə tərəfindən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Azərbaycan tərəfindən isə Agentliyin sədri Fuad Nağıyev imzalayıb.

Görüşdə nazir Ersoy Azərbaycanı təbrik edərək, COP29-un uğurlu təşkilinin dünyada öz əksini tapdığını deyib.

Türkiyə ilə Azərbaycan arasında turizm əlaqələrinin yaxşı potensiala malik olduğunu deyən nazir Ersoy əlaqələrin daha da inkişaf etdirilməsi və qarşılıqlı turist səfərlərinin artırılmasının vacibliyini qeyd edib.

Türkiyənin turizm sahəsində yaxşı təcrübəyə malik olduğunu bildirən Ərsoy, “Turizm təcrübəmizi qardaş Azərbaycanla paylaşmağa hazırıq” deyib.

Fuad Nağıyev də Türkiyənin COP29-da yüksək səviyyədə və intensiv iştirakından məmnun olduqlarını bildirib.

Nağıyev Ersoya Bakıya gəldiyi üçün təşəkkür edərək, "Biz əlaqələrimizi daha da inkişaf etdirməyə hazırıq. Türkiyənin turizm təcrübəsindən yararlanmaq istəyirik" deyib.

Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.

Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.

Избранный
17
30
sia.az

10Источники