RU

Finlandiyada Rusiyaya məxsus 30-dan çox əmlak müsadirə edildi

Finlandiyada məhkəmə icraçıları Ukrayna şirkətlərinin iddiası əsasında Rusiya Federasiyasına məxsus 30-dan çox daşınmaz əmlakı müsadirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə STT agentliyi məlumat yayıb.

Qeyd olunur ki, müsadirə olunan əmlakların ümumi dəyəri 10 milyon avrodan çoxdur.

"Hüquq-mühafizə orqanları əvvəlki tədbirlərin davamı olaraq, Rusiya dövlətinə məxsus mənzillərə müvəqqəti həbs qoyub. Oktyabrın sonunda müsadirə edilən 10-dan çox mənzildən əlavə, daha 30-dan çox obyektin üzərinə həbs qoyulub", - məlumatda bildirilir.

Oktyabrın 29-da Helsinkidəki məhkəmədən TASS-a bildiriblər ki, Ukraynanın altı enerji şirkəti, o cümlədən "Naftoqaz" Finlandiyada Rusiya Federasiyasına məxsus daşınar və daşınmaz əmlakın (təxminən 5 milyard dollar məbləğində) həbs edilməsini tələb edib. Rusiya səfirliyinin məlumatına əsasən, 40-dan çox obyekt bu iddialar çərçivəsində müsadirə olunub. Diplomatik nümayəndəlik Finlandiyanın Xarici İşlər Nazirliyinə bu addımlara qarşı etirazını ifadə edən nota təqdim edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, rəsmi Moskva Ukraynanın iddiaları əsasında Finlandiyanın qəbul etdiyi qərarı məhkəmə qaydasında mübahisələndirəcək.

Lalə, BakuPost
Избранный
32
bakupost.az

1Источники