RU

Elnur Soltanov: "Azərbaycan regional və qlobal enerji siyasətində lider mövqeyini gücləndirir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan "yaşıl enerji keçidi"ndə mühüm addımlar ataraq, regional və qlobal enerji siyasətində lider mövqeyini gücləndirir".
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov "İstehsaldan daha çoxu: enerji keçidi məqsədlərinə nail olmaq üçün infrastrukturun yaradılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Transxəzər layihəsi "yaşıl enerji dəhlizləri"nin yaradılmasında xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın yeni enerji infrastrukturu qurmaq məqsədini güdür.
"Regionda qalıq yanacaqdan elektrik enerjisi istehsal edən şəbəkələrin idarə olunması ilə bağlı bir çox sual mövcuddur. Hazırda 50 %-dən çox fosil enerji ilə çalışan enerji şəbəkələrinin idarə edilməsinə dair beynəlxalq təcrübə kifayət qədər inkişaf etməyib. Buna baxmayaraq, Azərbaycanın qaz və neft infrastrukturu sahəsindəki geniş təcrübəsi, eləcə də inkişaf etmiş maliyyə və mühəndislik bazası bu keçid prosesində ölkəyə əhəmiyyətli üstünlük təmin edir", - deyə o qeyd edib.
E.Soltanov əlavə edib ki, Azərbaycanın bu təcrübəsinə əsaslanaraq, həm Avropa, həm də Mərkəzi Asiya ilə "yaşıl enerji dəhlizləri"nin qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
"Transxəzər Enerji Kəməri bəlkə də ilk "yaşıl enerji" kabel xətti olacaq və bu layihənin reallaşması Azərbaycanın regional enerji siyasətində mühüm bir dönüş nöqtəsi təşkil edəcək", - deyə o bildirib.
Избранный
42
1
oxu.az

10Источники