RU

Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM

Vəzifəli şəxslərə rüşvət verməklə müxtəlif əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin məsuliyyətdən azad etdirəcəyinə vəd verərək dələduzluqda təqsirləndirilən Yamən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, Bakıl Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o bir il müxtəlif vəzifələri yerinə yetirmə hüququndan məhrum edilməklə 2 il 1 ay 16 gün azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilib.

Yamən Məmmədova təyin edilmiş cəza əvvəllər də onunla bağlı olan məhkəmə hökmü ilə birləşdirilib. Belə ki, o, qəti olaraq üç il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi gəzdirəcək.

İttihama görə, Yamən Məmmədov müxtəlif cinayətlərdə təqsirləndirilən Emil Abbasov və Mətləb Hüseynovun yaxınlarına onları hüquq mühafizə orqanlarında işləyən yüksək vəzifəli tanışları vasitəsi ilə cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərəcəyini vəd verərək dələduzluq edib.

Yamən Məmmədov Cinayət Məcəlləsinin 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə təqsirli bilinib.

"Cebheinfo.az"

Избранный
34
3
cebheinfo.az

4Источники