RU

QHT-lərsiz əsl iqlim tərəqqisinə nail olmaq mümkün deyil - Agentlik rəhbəri

COP29 dünyanın hər yerindən gələn 10 min QHT nümayəndəsi, bütövlükdə vətəndaş cəmiyyəti üçün əsl demokratik məkan yaradır.

Avtosfer.az xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qoşulmama Hərəkatı üzvləri olan dövlətlərin, inkişaf etməkdə olan ölkələrin və ada ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən “Qlobal Cənub” əməkdaşlığı vasitəsilə İqlim Fəaliyyətinin İnkişafı: QHT-lərin Rolu” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, tədbir Azərbaycanın ekoloji prioritetini əks etdirir və əksər hallarda iqlim təsirlərinə ən həssas olan xalqların iqlim həllərinin formalaşdırılmasında fəal iştirakçı olmasını təmin edir:

"Bu bölgələrdən QHT-lərin prosesə cəlb olunması Qlobal-Cənub əməkdaşlığının mahiyyətini vurğulayır. Birgə fəaliyyət ortaq problemin həllinin və buna dəstəyin kökündə dayanır. QHT-lərin iqlim fəaliyyətində oynadığı dərin rolu xatırlamalıyıq. QHT-lər ümid gətirir, dəyişiklikləri müdafiə edir və icmaların səsini təmsil edir. Onlar siyasət və insanlar arasında həyati körpüdür, qlobal öhdəliyi həyatı dəyişdirən yerli fəaliyyətə çevirir. Bu gün biz onların yorulmaz səylərini dəstəklədiyimizi bir daha təsdiqləyirik, bilirik ki, onlarsız əsl iqlim tərəqqisinə nail olmaq mümkün deyil".

Избранный
41
4
avtosfer.az

10Источники