RU

COP29 ifşa edir- Avropanın baş diplomatı özündən çıxdı...

Image

Məlum olduğu kimi, Bakıda COP29 çərçivəsində keçirilən inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən Prezident İlham Əliyev Fransa və Niderlandın neokolonizm siyasətinə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasına və ətraf mühitin korlanmasına geniş şəkildə toxunub: 

“Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”. 

Bununla yanaşı, dövlət başçısının Avropa İttifaqının  baş diplomatı Cozep Borrell barədə dedikləri də beynəlxalq miqyasda xüsusi maraq doğurub: “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”. Azərbaycan liderinin açıqlamaları qarşı tərəflərdə böyük nahahatlığa səbəb olub. Bəlli olduğu kimi, məhz bu açıqlamalardan sonra Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Panye-Rünaşe COP29-da iştirak etməyəciyini açıqlayıb. Cozep Borrell də COP29 çərçivəsində ifşa olunmasından məyus və narahat olanlar sırasındadır. Borrell Azərbaycan Prezidenti İlham Əliyevin Aİ, Fransa və Niderlandın ünvanına səsləndirdiyi ittihamların təəssüf doğurduğunu deyib: 

“Prezident Əliyevin Aİ, Fransa və Niderland ilə bağlı dedikləri çox təəssüf doğurur”. Fransa və Niderlandın yanında olduqlarını deyən Cozep Borrell Aİ və onun üzv dövlətlərinin qlobal iqlim maliyyəsinə ən böyük töhfə verənlər olduqlarını, bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşları dəstəklədiklərini bildirib. Daha sonra xislətinə sadiq qalaraq Azərbaycan əleyhinə cəfəng fikirlər səsləndirib, COP29-a xələl gətirməyə can atıb.  

Azərbaycan tərəfinin buna cavabı çox gecikməyib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur: “Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil. İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo/müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv-ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var”. Onun sözlərinə görə, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib: “Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir. Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər dövlətləri COP29-da iştirak etmək fikrindən daşındırmağa çalışdınız. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur. Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək". Bütün bunlar, Borrel başda olmaqla, bəzi Avropa diplomatlarının iç üzünün açıldığını, onların bundan ciddi şəkildə narahat olduqlarını qabarıq formada nümayiş etdirir. Ümumiyyətlə, son vaxtlarda Avropa İttifaqının rəhbərliyi faktları saxtalaşdırmağa, təhrif etməyə başlayıb. Borrelin və digər bəzi Avropa İttifaqının rəsmlərinin bu kimi çıxışları təşkilatın nüfuzuna zərbə vurur. Onlar bu yanaşmaları ilə qırmızı xətti keçib. Konkret Borrell Azərbaycan-Aİ əlaqələrinə çox böyük zərbə vurub. Təşkilata etimadı zədələyib. Bunun zərərini isə sözügedən təşkilat özü görür. O və onun kimi fəaliyyət göstərənlər faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Aİ-nin rolunu, rəsmi Bakı ilə İrəvan arasında vasitəçiliyini heçə endirir. Təbii ki, bunlar Aİ-yə hansısa dividend qazandırmır, hətta əksinə, onun nüfuzuna xələl gətirir. 

Samirə SƏFƏROVA





Избранный
59
baki-xeber.com

1Источники