RU

73 yaşlı baş məşqçi paytaxt klubu ilə müqavilə imzaladı

“Roma” yeni baş məşqçisinin adını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, məlumat komandanın saytında yerləşdirilib.

Belə ki, kluba Klaudio Ranyeri başçılıq edəcək. İtaliyalı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Müqavilə başa çatdıqdan sonra o, klubda rəhbər vəzifəni tutacaq.

73 yaşlı Ranyeri üçüncü dəfə “Roma”nın baş məşqçisi olacaq. O, əvvəllər komandada 2009-2011 və 2019-cu illərdə çalışıb. Ranyeri 1973/1974 mövsümündə də bu klubda çıxış edib.

Избранный
76
sportinfo.az

1Источники