RU

“Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” - FOTO

COP29 çərçivəsində “Qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə” yan tədbiri keçirilib. Avtosfer.az xəbər verir ki, tədbir qlobal poçt sisteminin tənzimləyici və iştirakçıları sayılan Ümumdünya Poçt İttifaqı (ÜPİ), Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Texnologiya və Logistika Şöbəsi, Beynəlxalq Mülki Aviasiya Təşkilatının COP üzrə nümayəndəliyi, Beynəlxalq Dəniz Təşkilatının İqlim Fəaliyyəti və Təmiz Hava şöbəsi, Dünya Bankının Nəqliyyat üzrə direktorluğu, eləcə də “Azərpoçt” MMC-nin iştirakı ilə baş tutub. “Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımaya qlobal diqqət” mövzulu tədbirdə əsasən yükdaşımanın iqlimə təsiri, yük emissiyalarının idarə olunması, iqlimin dəstəklənməsi vasitələri müzakirə olunub.

Ümumdünya Poçt İttifaqının (ÜPİ) Siyasət, tənzimləmə və bazarlar üzrə direktoru Siva Somasundram bildirib ki, son illər qlobal istixana qaz emissiyalarının 10 faizi poçt yükdaşımalarının payına düşür. ÜPİ şəbəkəsi vasitəsilə göndərilən kiçik həcmli elektron ticarətin üçdə ikisi, eləcə də elektron ticarətə sürətlə artan tələbat bu emissiya prosesini sürətləndirən əsas amillərdən sayılır. Qeyd olunub ki, bunun üçün ilk növbədə müxtəlif nəqliyyat modellərinin istifadəsi, yenilənmiş çeşidləmə mərkəzləri, inteqrasiya olunmuş poçt şəbəkələrinin birgə fəaliyyəti kimi təkliflər müzakirə olunmalıdır.

Yekunda isə müsbət nəticəyə gəlmək və iqlim şərtlərinin dəstəklənməsi üçün poçt ekosistemində məlumatlılığın artırılması, texnoloji və əməliyyat innovasiyalarının tətbiqi, investisiya təşəbbüsləri, təcrübələrin mübadiləsi tədbir işitrakçıları tərəfindən vacib vasitələr kimi müəyyən edilib.

Tədbirdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev qeyd edib ki, qurum bu günə qədər karbon emissiyalarının və yanacaq sərfiyyatının azaldılması məqsədilə poçt marşrutlarının optimallaşdırılmasını həyata keçirib, çeşidləmə mərkəzində kağız istehlakının azaldılması üçün isə rəqəmsal həllər tətbiq edib.

“İqlim dəyişikliyinin təsirləri daha da kritikləşdikcə, poçt xidmətlərinin uyğunlaşması və dayanıqlığının artırılması vacibdir. İnfrastruktura sərmayə qoymaqla biz dəyişən dünyada poçt xidmətlərinin davamlı şəkildə çatdırılmasını təmin edə bilərik. Azərbaycanın milli poçt operatoru olan “Azərpoçt” ətraf mühitə təsirini minimuma endirmək üçün davamlılıq və iqlim nəzarəti təşəbbüslərini fəal şəkildə həyata keçirir. Bir sıra ekoloji cəhətdən təmiz strategiyalar həyata keçirməklə şirkət öz əməliyyatları üçün daha davamlı gələcək yaratmağa çalışır. Şirkət yanacaq sərfiyyatını və karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarını optimallaşdırır. Həmçinin, “Azərpoçt” ənənəvi benzinlə işləyən avtomobillərdən asılılığı əhəmiyyətli dərəcədə azaltmaqla elektrik və ya hibrid avtomobillərdən istifadə etməyi planlaşdırır”, - deyə İsi Mustafayev əlavə edib.

Избранный
48
6
avtosfer.az

7Источники